Lerik icra başçısı şəhid ailəsini belə təhqir etdi: "İNDİ GECDİR, NƏŞİ SAXLAYIN, SABAH BAXARIQ"

OXUNUB: 1141 Özəl HADİSƏ
7NEWS.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Elşad Paşasoy rəy paylaşıb: "Əziz dostlar, dünən yazmışdım, iki həftəlik axtarışlardan sonra xalam oğlu Tahirli Şahin Afət oğlunun şəhid oluğu təsdiqləndi.
Atası, dayıları Şəhidimizin nəşini Füzulidəki Diaqnostikadan aparıblar ki, doğulduğu kənddə dəfn etsinlər.
Lerik rayonunun icra başçısı xəbər yollayıb ki, bəs, indi gecdir, saxlayın Masallı məscidində, səhər "yüksək səviyyədə dəfn edərik".
Atası Afət bəy razılaşmayıb ki, oğlumu evimdə saxlayacağam. Gecə saat 9 radələrindən Şəhidimizin nəşi evdə saxlanılıb, bu gün saat 11 radələrində torpağa tapşırılıb.
İcra başçısı isə dəfn mərasiminə qatılmayıb, müavinini göndərib.
Dərdli Ata deyir ki, məni oğlumun şəhid olmağı yandırmadı, biganəlik yandırdı...(((
Prezidentin şəhidlərə, şəhid ailələrinə, qazilərimizə münasibətini, yüksək dəyər verməsini görmürmü həmin başçı?!".

Allah şəhidimizə rəhmət eləsin, ruhu şad olsun!

7NEWS.az

RƏYLƏR