Lionel Messi üçün flaş transfer iddiası ortaya çıxıb

OXUNUB: 175 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, Lionel Messinin gələcəyi ilə bağlı şok hadisə yaşanıb. Paris Saint-Germain ilə müqaviləsi bu mövsümün sonunda başa çatacaq argentinalı ulduz səbirsizliklə gözlənilir. PSJ-dən müqavilənin uzadılması təklifi alan, lakin hələ də qəbul etməyən 35 yaşlı futbolçunun "Barselona”ya qayıdacağı və ya MLS komandası "İnter Mayami”yə gedəcəyi ilə bağlı xəbərlər də var. PSJ cəbhəsindən verilən son açıqlamalarda Messi ilə danışıqların davam etdiyi bildirilib. "Barselona"dan dönüşlə bağlı "Bura Messinin evidir, istədiyi vaxt qayıda bilər" istiqamətində açıqlamalar verilib. Bütün gözlər Messinin qərarında olarkən, İspaniyadan bomba iddia gəldi. El Chiringuito-nun xəbərinə görə, Messinin atası Xorxe Messi Səudiyyə Ərəbistanının "Əl Hilal" komandasının menecerləri ilə transfer görüşü keçirib. Lionel Messi Əl Hilalın təklifini qəbul etsə, fərdi olaraq ən böyük rəqibi Kriştiano Ronaldo ilə eyni liqada görüşəcək və dünyanın gözü Səudiyyə Ərəbistanına çevriləcək.

7NEWS.az

RƏYLƏR