Londonda naməlum şəxslər polisə atəş açdı

OXUNUB: 629 DÜNYA

Londonun şərq hissəsində yerləşən Forest-Qeyt rayonunda maskalı naməlum şəxslərlə polislə arasında silahlı insident baş verib. 

İcmal.Az xəbər verir ki, bununla bağlı "Daily Star” qəzeti məlumat yayıb. 

Şahidlərin sözlərinə görə, hadisə yerinə 20-dən çox polis cəlb edilib. Şahidlərdən biri deyib ki, azı iki nəfər güllə yarası alıb. 

Xatırladaq ki, Londondakı "Vestfild” ticarət mərkəzinin qarşısında naməlum avtomobilin tapıldığı bildirilib.

İcmal.Az

RƏYLƏR