“Lotu Quli”nin öldürüldüyü otel Kərəm Həsənova aid imiş: ŞOK CİNAYƏTİN İZİ İLƏ

OXUNUB: 444 Özəl GÜNDƏM
"Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun Türkiyənin kurort şəhəri olan Antalyada yerləşən "Alvadonna” otelində qətlə yetirilməsindən sonra müdhiş gizlinlər üzə çıxmaqdadır.

Reportyor.info-nun verdiyi xəbərə görə, həmin otelin sahibinin kimliyi ilə bağlı sensasion iddia açıqlanıb. Tanınmış jurnalist Əvəz Zeynallı yazıb ki, N.Səlifovun öldürüldüyü yer – "Alvadonna” oteli Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sabiq sədri Kərəm Həsənova məxsusdur.

Onun fikrincə, "Lotu Quli”nin qətli ilə bağlı bütün məqamlar mediada yer alsa da, otelin K.Həsənova aid olmasının üzərindən sükutla keçildi. Jurnalist qeyd edib ki, "Alvadonna” 550 milyon dəyəri olan oteldir.

Adı çəkilən otel Antalyanın Serik rayonunda Boğazkent məhəlləsində yerləşir. Antalyanın ən elit və böyük təsislərindən olan otelin bir nəfər üçün tək gecəlik qiyməti 232.26 AZN-dir.

Məlumatlara görə, əvvəllər Habil Nadiroğlu adlı iş adamına məxsus olan "Alva Donna Qrup” 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən "Vertex İnvestment Limited” şirkətinə satılıb.

Aznews.az saytı məlumat yayıb ki, adıçəkilən şirkət daha sonra Alva Donna Group şirkətlərinin idarə heyətinin sədri olaraq Sərxan Babayev adlı şəxsə səlahiyyət verib.

Sfera.az isə "Lotu Qulinin öldürüldüyü otelin azərbaycanlı sahibi Sərxan Babayevlə bağlı maraqlı informasiyalar əldə edib. Həmin məlumatda bildirilir ki, bu şəxs "DetAl Holdinq”in baş direktoru olub. Adıçəkilən Holdinq isə əsasən Gəncə Alüminium Zavodunun idarə edilməsi ilə bağlı məşhurlaşıb.

Sərxan Babayevin Azərbaycan Respublikası Prezident Adminstrasiyası Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun yaxın adamı olduğu bildirilir./reportyor

RƏYLƏR