Lukaşenkodan Zəhra və nənəsinin ölümünə reaksiya

OXUNUB: 811 SİYASƏT

Belarus Prezidenti Aleksandr Lukaşenko iyulun 4-də Ermənistan silahlı birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutması nəticəsində azyaşlı da daxil olmaqla 2 dinc sakinin ölümü və 1 nəfərin yaralanması ilə bağlı təəssüfünü bildirib.

İcmal.Az xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova AzerTac-a açıqlamasında deyib.

B.Muradova qeyd edib ki, Belarus Prezidenti ilə ATƏT PA-nın 26-cı illik sessiyasının rəsmi açılış mərasimindəki ayaqüstü qısa görüş zamanı ilk sözü təmas xəttində baş verən insident barədə olub. Azərbaycanın yüksələn xətlə inkişaf etdiyini vurğulayan Prezident baş verən hadisədən məlumatlı olduğunu bildirərək təəssüfünü ifadə edib.


 

 

 

İcmal.Az

RƏYLƏR