"Mağara macərası" davam edir: 4 uşaq xilas edildi - VİDEO - FOTO

OXUNUB: 454 MARAQLI

Taylandın şimalındakı Çianq Ray bölgəsindəki "Tham Luan Nang Non" mağaralarında qalmış uşaqların və məşqçinin xilas edilməsi ilə bağlı əməliyyatlar davam edir.

İcmal.Az Daily Mail-ə istinadən bildirir ki, artıq 4 uşaq mağaradan çıxarılıb.

İyunun 23-də Çianq Raydakı Milli Parkın əməkdaşları mağaranın girişində motosikl və velosipedlər, habelə idman inventarı görüblər. Onlar yerli "Qabanlar" idman klubu ilə əlaqə saxlayanda bəlli olub ki, tapılan əşyalar komandanın üzvləri olan 11-16 yaşlı oğlanlara, habelə onların 25 yaşlı məşqçisi Ekkapol Çantovonqa məxsus idi.

İki həftədən bəri mağarada qalan digər uşaqların və məşqçinin xilası üçün əməliyyatlar aparılır.

Xilas edilmiş 4 uşaq hospitala aparılıblar.

8 uşaq hələ də mağaradadır.

 

Xilasetmə əməliyyatında Tayland hərbçiləri, polislər və xilasedicilər, habelə Tayland Hərbi-Dəniz Qüvvələrinin xüsusi təyinatlı "dəniz pişikləri" korpusunun 50 mütəxəssis və 50 əcnəbi dayver iştirak edir.

İcmal.Az

RƏYLƏR