Mağarada tapılan uşaqlar daha bir neçə ay orada qalacaqlar - VİDEO

OXUNUB: 633 DÜNYA

Yağış mövsümünün davam etməsi səbəbindən Taylandda mağarada tapılan uşaqlar və onların məşqçiləri daha bir neçə ay burada qalmalı olacaqlar. 

İcmal.Az xəbər verir ki, bununla bağlı ölkənin ordu nümayəndəliyi məlumat verib. 

Futbol komandasının üzvlərinin axtarışı doqquz gün davam edib. Dünən axşam saatlarında Con Volanen və Rik Stanton yeniyetmələri aşkar edib. 

13 nəfərin hər biri sağdır. Ancaq doqquz gün qaranlıq mağarada qaldıqları üçün çox zəifləyiblər. Onlar qida və digər lazımi avadanlıqlarla təmin olunub.

İcmal.Az

RƏYLƏR