Macarıstanda yüksək inflyasiya evlilik nisbətlərini aşağı salıb

OXUNUB: 114 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Macarıstanda baş nazir Viktor Orban hökumətinin müxtəlif dəstək paketləri ilə təşviq etdiyi toy bazarı artan inflyasiya səbəbindən son 9 ilin ən aşağı səviyyəsinə düşüb.

Bu il toyların sayı ötən illərin eyni dövrü ilə müqayisədə xeyli geridədir.

2010-cu ildən bu yana ölkədə hakimiyyətdə olan millətçi baş nazir Orban bir tərəfdən əhalinin azalmasının qarşısını almaq üçün vergi endirimləri, mənzil dəstəyi proqramları və yeni evlənənlər üçün ucuz kreditlər həyata keçirir, digər tərəfdən isə qeyri-qanuni immiqrasiyaya şiddətlə qarşı çıxır.

7NEWS.az

RƏYLƏR