“Mado”nun Gənclik Mall filialında müştəriyə tarakanlı şorba verildi

OXUNUB: 0 HADİSƏ
Klinik.media xəbər verir ki, Bakıda fəaliyyət göstərən "Mado” restoranlar şəbəkəsinin Gənclik Mall filialı ilə bağlı sosial şəbəkələrdə narazılıq doğuran paylaşım yayılıb.

İddiaya görə, müştəriyə təqdim olunan pomidor şorbasından hamamböcəyi çıxıb. Məlumatı bloger Saleh Nəsirov ictimailəşdirib.

Onun sözlərinə görə, hadisədən sonra restoran əməkdaşları baş verən xoşagəlməz vəziyyətə görə üzr istəyərək müştəriyə desert təklif ediblər.

"Mado"da pomidor şorbasından tarakan çıxdı. Hələ də özümə gələ bilmirəm. Oranın artıq zayı çıxıb. Bəlkə ictimailəşsə, özlərini bir az düzəldərlər", – deyə paylaşımda qeyd olunub.

Hazırda restoranlar şəbəkəsi tərəfindən hadisə ilə bağlı rəsmi açıqlama verilməyib. Məlumat müştərinin iddiasına əsaslanır və müstəqil şəkildə təsdiqlənməyib.

Rəsmi mövqe açıqlanacağı təqdirdə xəbər yenilənəcək.
 

RƏYLƏR