Makronun həyat yoldaşının qardaşı oğlu etirazçılar tərəfindən döyülüb

OXUNUB: 108 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun qardaşı qızı Jan-Batist Trogneuxun Fransanın şimalındakı Amiens şəhərində siyasi səbəblərdən hücuma məruz qaldığı bildirilib. Prezident Makronun televiziya çıxışından sonra Trogneux-un hökumətin əleyhdarları tərəfindən döyüldüyü bildirilib. Ətrafdakı insanların köməkliyi ilə xilas edilən Trogneux-a hücum edən 8 nəfərin nəzarətə alındığı bildirilib. Makron isə hücumu qəbuledilməz adlandırıb və "Demokratik ölkələrdə zorakılığa yer yoxdur” deyib.

7NEWS.az

RƏYLƏR