“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev

OXUNUB: 1082 GÜNDƏM Özəl SİYASƏT
"Makronun Parisdə Paşinyanla bərabər keçirdiyi mətbuat konfransında Azərbaycana qarşı söylədiyi fikirlər absurddur, qərəzlidir və Fransanın, onun rəhbərinin əsl simasını göstərən növbəti əlamətdir.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"30 il boyunca 1 milyon qaçqın və köçkünün taleyinə laqeyd, biganə qalan Fransanın bu gün 5-10 erməninin həyatı ilə bağlı narahatlığı həqiqətən gülməli görünür. Üstəlik, Makron özünü elə aparır, sanki sülh qaranquşu – filandır.  Hərgah, reallıq tam başqadır. Reallıq budur ki, Fransa Prezidenti yalnız və yalnız öz məqsədlərini güdür, məkrli və riyakar siyasətini davam etdirir, qəyyumluq elədiyi Ermənistana dəstək vermək üçün bütün etiket qaydalarını pozur, beynəlxalq hüququn prinsiplərini görməzdən keçir.  

Ermənistan nə qədər ki, böyük bacısının diktəsi və ağlı ilə hərəkət edəcək, o qədər də uduzacaq. Buna kimsənin şübhəsi olmasın.” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR