Malavidə Freddi qasırğası nəticəsində 99 nəfər həlak olub

OXUNUB: 135 Özəl DÜNYA
Malavidə Freddi qasırğası azı 99 nəfərin həyatına son qoyub, bir çoxu isə itkin düşüb.

7NEWS.az xəbər verir ki, Malavi Milli Fəlakətlə Mübarizə İdarəsinin direktoru Çarlz Kalemba yerli mətbuat mənsublarına verdiyi açıqlamada təbii fəlakət nəticəsində ölənlərin sayının 99-a yüksəldiyini, itkin düşənlərin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Fırtına nəticəsində 134 nəfərin yaralandığını qeyd edən Kalemba, ölənlərdən 85-nin Blantir şəhərindən olduğunu bildirib.
 
7NEWS.az

RƏYLƏR