Malavidə qasırğada itgin düşən 537 nəfər ölü elan ediləcək

OXUNUB: 126 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Afrikanın şərqində yerləşən Malavidə təsirli olan "Freddi” qasırğasında 600-dən çox insan həyatını itirib. Qasırğadan ən çox zərər çəkən Malavidə minlərlə insan evsiz qalıb, 345 mindən çox insan isə qasırğadan zərər çəkib. Malavi Milli Fəlakət İdarəsinin rəhbəri Çarlz Kalemba, bölgədə 17 gündür davam edən axtarış-xilasetmə işlərinin dayandırılacağını bildirərək, "Hələ də təxminən 537 itkin var. İtkin düşənlərin sağ qalma ehtimalı azdır. Buna görədə itgin düşmüş 537 nəfər ölü elan ediləcək”-dedi.

7NEWS.az

RƏYLƏR