Bu fikirləri bu gün Holiday İnn otelidə keçirilən "Qlobal iqlim dəyişmələri və Azərbaycan. Vətəndaş cəmiyyəti və vətəndaşlar nə edə bilər” mövzusunda konfransda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib.
Aygün Əliyeva qeyd edib ki, ekologiya və ətraf mühit məsələsi QHT Agentliyi üçün prioritet sahələrdəndir.
"Ölkəmiz bu il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək.
Bütün bunları nəzərə alaraq QHT Agentliyi tərəfindən bu ilin mart ayında yeni qrant müsabiqəsinin elan edilməsi gözlənilir."