Maskalı quldurlar kəndli qadının əl-ayağını bağlayıb, qızııllarını aparıblar

OXUNUB: 855 HADİSƏ

Quldurluq törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb

Martın 17-də DİN-in "102 - Zəng Mərkəzi" Xidmətinə Ucar rayonunun Müsüslü kəndində yaşayan Z.Əliyevanın evinə girmiş 2 maskalı şəxsin onun əl və ayaqlarını yaylıqla bağlayaraq oradan 1000 manat dəyərində qızıl-zinət əşyalarını aparmaları barədə müraciət daxil olub.

DİN-dən İcmal.Az-a verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Araşdırmalarla onların kənd sakinləri Rəcəb Hüseynov və Anar Hüseynov olduqları müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR