Maştağada qətl törədilib

OXUNUB: 550 HADİSƏ

Maştağada qətl törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Hətəm Şabanovun küt alətlə qətlə yetirilmiş meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Samir Şabanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR