“Medi Lux”də körpəni qorxulu virusa yoluxdurdular – Mehriban Əliyevaya müraciət - FOTO

OXUNUB: 1063 Səhiyyə Özəl HADİSƏ

Bakıda özəl klinikanın səhvi körpə uşağın həyatını əzaba çevirib.

 

"Medi Lux” klinikasında 2017-ci il mayın 4-də dünyaya gələn Nəsrin Qurbanlı peyvənd olunan zaman dərialtı vərəm xəstəliyinə yoluxdurulub. Uşağın atası Cəsarət Qurbanov bildirib ki, qızı doğulan zaman sağlam olub: "Peyvənd ediləndə qızı hələ də sağalda bilmədiyi virusa yoluxdurulub”.

 

 

 

C.Qurbanov deyir ki, 2 ildir ölkənin dövlət və özəl xəstəxanalarına müraciət etsə də, uşağın dərdinə əlac edən tapılmayıb: "Nəsrinin iki yaşı var, artıq 4 ağır əməliyyat keçirib. Qızım gözümün qabağında əriyib gedir, ağrılardan əziyyət çəkir. Bədənini müxtəlif yerlərində irinləmələr baş verir, sonra partlayır. İltihab daxili orqanlarına da yayılır. Uşağın müalicəsi üçün 40 min manatadək vəsait xərclənib. İrana, Türkiyəyə belə aparmışam. Hələlik ümidverici nəticə yoxdur”.

 

 

"Həkimlər deyir ki, Nəsrinin müalicəsinə lazım olan dərman yalnız Almaniyadadır. Dərmanın bir qutusunun qiyməti 2000 min manatdır. Artıq imkanım tükənib. Birinci vitse-prezident Mehriban Əliyevaya üz tutaraq ondan kömək istəyirəm. Xahiş edirəm qızımın şəfa tapması üçün lazım olan dərmanın gətirilməsinə köməklik etsin. Mehriban xanım, bir valideyn kimi, qızımın müalicisini öz nəzarətinizə götürməyinizi sizdən xahiş edirəm”- deyə C.Qurbanov vurğulayıb.







RƏYLƏR