Medianın İnkişafı Agentliyində “Albayrak Media Group”unun rəhbərliyi ilə görüş keçirilib

OXUNUB: 322 GÜNDƏM SOSİAL
25 may tarixində Medianın İnkişafı Agentliyində "Albayrak Media Group”unun rəhbəri Ömər Karaca və təmsilçisi Samir Babaoğlu ilə görüş keçirilib.

Görüş zamanı MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov qonaqları Azərbaycanda bir müddət əvvəl qəbul edilmiş "Media haqqında” qanun, bu qanunun üstünlükləri, eləcə də ölkədə media reyestrinin yaradılması barədə məlumatlandırıb. Əhməd İsmayılov nümayəndə heyətinə bu reyestrin fəaliyyətə başlamasından sonra Azərbaycan media nümayəndələrinin yararlana biləcəyi imtiyazlar barədə ətraflı məlumat verib. O əlavə edib ki, "Media haqqında” qanuna əsasən onlayn mediada işləyən jurnalistlər də rəsmi status alıb.

İcraçı direktor həmçinin türkiyəli həmkarlarını  Azərbaycanda media sahəsinin inkişafı üçün atılan addımlar, çap mediası və xəbər saytlarına dəstək proqramları, eləcə də digər təşəbbüslər barədə məlumatlandırıb.

Albayrak Media Group”unun rəhbəri Ömər Karaca iki ölkə mediası arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Ömər Karaca həmçinin qeyd edib ki, iki qardaş, dost ölkənin media qurumları arasında aparılan informasiya mübadiləsi hər iki tərəfin xeyrinə olacaq.
 
 
İcmal.Az

RƏYLƏR