Məhkəmə Leyla Şıxlinskayaya XƏBƏRDARLIQ etdi

OXUNUB: 479 HADİSƏ

Leyla Şıxlinskayanın Klinikasında baş mühasib işləmiş Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə bəzi şahidlərin gəlmədiyi məlum olub. Hakim bildirib ki, iş üzrə 69 nəfər şahid var, onlardan 13 nəfəri dindirilib. Hakim qeyd edib ki, dindirilməyən şahidlərə məktub göndərilsə də, onlar məhkəməyə gəlmirlər.

Hakim Leyla Şıxliniskayanın da məhkəməyə gəlməsi üçün ona sonuncu dəfə xəbərdarlıq ediləcəyini diqqətə çatdırıb. Hakim həmin şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarıb.

Növbəti proses fevralın 8-də davam edəcək.

Leyla Şıxlinskayanın Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar. Cinayət işi Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Xatırladaq ki, Leyla Şıxlinskayanın Klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb. Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərinin 804 min 343 manat vəsaiti ələ keçirməkdə ittiham edib. Klinikada aparılan araşdırmalar zamanı müəssisənin rəhbəri Leyla Şıxlinskayanın 8 milyon manat vergidən yayındığı aşkarlanıb. Hazırda Vergilər Nazirliyinin istintaq idarəsində araşdırma aparılır./publika

İcmal.Az

RƏYLƏR