Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir

OXUNUB: 176 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, 16 təlim keçmiş itin olduğu təyyarə paytaxt Mexikodan yola düşüb. Zəlzələlərin tez-tez baş verdiyi Meksikada ekspert mülki və hərbi axtarış-xilasetmə qrupları var. 2017-ci ildə ölkədə baş verən zəlzələ zamanı itlər insanların həyatını xilas etməkdə oynadıqları rola görə çox yüksək qiymətləndirilib. Frida adlı Labrodor Retriever, Mexikoda qoruyucu eynək və ayaqqabı taxaraq çəkiləndən sonra beynəlxalq aləmdə məşhurlaşdı. Donanma rəsmilərinin bildirdiyinə görə, Frida Meksika, Haiti, Qvatemala və Ekvadorda 12 nəfəri xilas edib.

7NEWS.az

RƏYLƏR