Meksikada bara silah və partlayıcılarla hücum: 9 ÖLÜ 10 YARALI VAR

OXUNUB: 97 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Meksikanın Quanaxuato əyalətinin Celaya şəhərində El Estadio adlı bara bombalı və silahlı hücum təşkil edilib. Hücum edənlərin bara girərək təsadüfi atəş açdıqları və hücum zamanı özləri ilə gətirdikləri əldəqayırma partlayıcılardan istifadə etdikləri bildirilib. Hücumda 9 nəfər həyatını itirib, 10 nəfər yaralanıb. 

Hadisə şahidləri bildiriblər ki, barda olan bir çox insan yüksək musiqidən atəş səslərini eşitməyib və hücumu gec görüblər. Hücumda sığınacaq alaraq özlərini qorumağa çalışan bir neçə nəfərin atılan evdə hazırlanmış partlayıcılar səbəbiylə yaralandığı, bəzi yaralıların isə yerdə ölü kimi davranaraq sağ qaldığı bildirildi. 

Hadisədən sonra əyalət polisi və Milli Qvardiya bölgəyə göndərilib, hücum edənlər isə təhlükəsizlik qüvvələri gələnə qədər hadisə yerindən qaçıblar. Hücum edənlərin tutulması üçün əməliyyata başlanıldığı bildirilib. 

7NEWS.az

RƏYLƏR