Meksikada meşə yanğınında 400 hektar ərazi məhv oldu

OXUNUB: 140 Özəl DÜNYA
Meksikanın cənubundakı Oaxaca ştatında 5 fərqli nöqtədə başlayan meşə yanğınlarında 400 hektardan çox ərazi məhv olub.

7NEWS.az xəbər verir ki, Meksikanın cənubundakı Oaxaka ştatında 5 fərqli nöqtədə meşə yanğınları baş verib. Oaxaca Dövlət Meşə Komissiyasından verilən açıqlamada meşə yanğınlarının aktiv olduğu, yanğınlara 13 yanğınsöndürən və 1 helikopterlə müdaxilə edildiyi bildirilib.

Açıqlamada isti və quru hava şəraitinin alovla mübarizəni çətinləşdirdiyi bildirilib.

7NEWS.az

RƏYLƏR