Meksikada qaçırılan 4 ABŞ vətəndaşından 2-si ölü TAPILDI

OXUNUB: 141 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Meksikanın Matamoros şəhərində silahlı şəxslər tərəfindən qaçırılan 4 ABŞ vətəndaşından ikisinin ölü, biri yaralı, digəri isə sağ tapılıb. 

Meksika prezidenti Andres Manuel Lopez Obrador mətbuata açıqlamasında qaçırılan ABŞ vətəndaşlarından ikisinin vəfatından dərin kədərləndiklərini ifadə edərək, "Ölkəmizdə baş verən bu hadisəyə görə çox təəssüflənirik və ailələrinə başsağlığı veririk”deyə bildirilib. 

Tamaulipas prokuroru İrvinq Barrios da adam oğurluğu ilə əlaqədar bir nəfərin saxlanıldığını, təqsirkarların tapılması üçün istintaq və kəşfiyyat işlərinin davam etdiyini qeyd edib. 

7NEWS.az

RƏYLƏR