Meksikada təyyarə qəzası: 101 yaralı

OXUNUB: 615 DÜNYA

Meksikanın Duranqo ştatında sərnişin təyyarəsi qəzaya uğrayıb. 

İcmal.Az "Reforma” nəşrinə istinadla xəbər verir ki, "Aeromexico” aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan qısa müddət sonra yerə çırpılıb. 

Hadisə zamanı ölən olmasa da, göyərtədə olan 101 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlardan ikisinin vəziyyəti ağırdır. 

Qəzadan sonra Duranqo ştatının qubernatoru Xose Rosas Aispuro mətbuat konfransı keçirib. O bildirib ki, qəzaya güclü küləyin əsməsi səbəb olub:

"Güclü külək nəticəsində təyyarənin sol qanadı yerə toxunub və laynerin iki mühərriki fəaliyyətini dayandırıb. Təyyarə yerə çırpıldıqdan sonra sərnişinlər vaxtında göyərtəni tərk edə biliblər. Qəzadan sonra güclü yanğın baş verib”. 

Hadisə baş verdikdən sonra Duranqo aeroportu qeyri-müəyyən müddətə fəaliyyətini dayandırıb. 

İcmal.Az

RƏYLƏR