Məktəb və kolleclərdə mobil telefonlar qadağan olundu

OXUNUB: 1016 DÜNYA

Məktəb və kolleclərdə elektron qurğuların, xüsusilə də uşaqların istifadəsi üçün smartfon telefon və planşetlərin istifadəsinə qadağa qoyuldu.

 Söhbət Fransa parlamenti tərəfindən qəbul edilmiş qanundan gedir.

Qanun layihəsinə əsasən, məktəb və kolleclərdə müəyyən elektron qurğuların istifadəsinə qadağa qoyulur. Müzakirə zamanı 62 deputat qanun layihəsinin lehinə, 1 deputat isə əleyhinə səs verib.

Yeni qanun təhsil müəssisələrində smartfon, planşet, noutbuk və hətta "ağıllı” saat daxil olmaqla istənilən elektron qurğudan istifadəni qadağan edir. Lakin əlil uşaqlar üçün elektron cihazlardan istifadəyə dair istisnalar nəzərdə tutulub. Qanun, həmçinin təhsillə bağlı, amma açıq havada keçirilən tədbirlərdə (məsələn, idman tədbirləri) elektron qurğulardan istifadəni qadağan edir./publika

İcmal.Az

RƏYLƏR