Məktəbdə zorlama hadisəsi AKSİYAYA SƏBƏB OLDU: Direktor valideyinləri qəbul etmir - FOTOLAR

OXUNUB: 1645 HADİSƏ
Xəbər verdiyimiz kimi Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorla hadisəsi baş verib. Redaksiyamıza həmin orta məktəbin valideynləri müraciət edərək bildiriblər ki, məktəbin 1-ci sinif şagirdi 10-cu sinif şagirdlərinin cinsi təcavüzünə məruz qalıb. 

Zorlama hadisəsi ilə bağlı hazırda məktəbin ibtidai sinif şagirdlərin valideynləri məktəbin qarşısında aksiya keçirir. Direktorun şikayətlərinə baxmasını və həmin şagirdin dərhal məktəbdən qovularaq cəzalandırılmasını istəyirlər. 

 
Bu barədə redaksiyamıza məlumat verən valideyinlər direktorun onlarla görüşdən imtina etdiyini söyləyib: "Direktor bizi qəbul etmir. Sözümüz direktora çatdırılmır. Bizi qəbul edənə kimi aksiyamızı davam etdirəcəyik”.

Qeyd edək ki, zorlanan 1-ci sinif şagirdi həmin məktəbin müəlliməsi Fəxrəndə Rəhimmovanın sinfində oxuyur. /big

Məktəbdə zorlama hadisəsi AKSİYAYA SƏBƏB OLDU: Direktor valideyinləri qəbul etmir - FOTOLAR
Məktəbdə zorlama hadisəsi AKSİYAYA SƏBƏB OLDU: Direktor valideyinləri qəbul etmir - FOTOLAR
İcmal.Az

RƏYLƏR