Mel Gibson və Morqan Friman “Kərbəla” filminə çəkilir

OXUNUB: 931 MƏDƏNİYYƏT

Türk kinematoqrafiyası dünyada ön plana çıxmaq üçün böyük bir layihəyə imza atmağa hazırlaşır.

İcmal.Az "Posta”ya istinadən bildirir ki, Kərbəla hadisəsinə həsr olunan ekran işində baş rolları Morqan Friman və Mel Gibson oynayacaq.

Hz. Məhəmmədin nəvəsi Hz. Hüseynin Mədinədə başına gələn zülmdən bəhs edən ekran işi Əhməd Turqutun "Eşqin Şəhidi” romanı əsasında çəkiləcək.

Filmin rejissorluğunu Erhan Baytimir edəcək. 

Bildirilib ki, hazırda Mel Gibsonla danışıqlar gedir və müqavilə bağlanacaq. Mel Gibson filmdə "Hürrün” obrazını canlandıracaq. İslam dinini qəbul etdiyi bildirilən Gibsonun bu rolu oynamağa çox istəkli olduğu qeyd olunub. 

Filmin digər aktyoru Morqan Friman isə "Şəmun” rolunu oynayacaq. 

İcmal.Az

RƏYLƏR