Məmmədyarov Nyu-Yorka yollandı

OXUNUB: 535 SİYASƏT

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Nyu-York şəhərinə yola düşüb.

Bu barədə İcmal.Az-a XİN-nin mətbuat xidmətindən məlumat verilib.

Nazir Nyu-Yorkda BMT-nin mənzil-qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində Elmar Məmmədyarovun BMT-nin rəhbərliyi və digər rəsmi şəxslərlə bir sıra ikitərəfli rəsmi görüşləri də nəzərdə tutulub.

İcmal.Az

RƏYLƏR