Mənzildə Fatmanın meyiti tapıldı

OXUNUB: 681 HADİSƏ
Bakıda mənzildə 72 yaşlı qadının meyiti tapılıb.

İcmal.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Abdullayeva Fatma Ələkbər qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
 

İcmal.Az

RƏYLƏR