Məşhur aktrisa evində ölü tapıldı - FOTO

OXUNUB: 785 HADİSƏ
"Superman” seriya filmləri ilə məşhurlaşan kanadalı aktrisa Marqot Kidder vəfat edib.

İcmal.Az teleqraf.com-a istinadən xəbər verir ki, 69 yaşlı aktrisanın ABŞ-ın Montana şəhərindəki evində meyiti tapılıb.

1970-1980-ci illərdə "Superman” xarakterinə həyat verən aktyor Kristoper Rivi ilə baş rolunu oynadığı filmlərlə məşhurlaşan Kidderin ölüm səbəbi açıqlanmayıb.

Aktrisa 1996-cı ildə məşhurluğun zirvəsində olarkən gözlənilmədən yoxa çıxmışdı.

Qeyd edək ki, Marqot Kidder "Superman”da polad adamın platonik sevgilisi olan jurnalist Lois Leyn xarakterini canlandırıb.
 
 
İcmal.Az
Məşhur aktrisa evində ölü tapıldı - FOTO

RƏYLƏR