Məşhur aktrisanın evindən yarım milyonluq oğurluq - FOTO

OXUNUB: 472 HADİSƏ

Cansu Dərənin Bebek-Aşiyanda yaşadığı evinə oğru girib.

Puh tv-də yayımlanan "Şahsiyet” adlı serialda çəkilən aktrisanın evindən qiymətli zinət əşyaları oğurlanıb. Məlum olub ki, oğrular ulduzun çəkilişdə olduğu vaxtda evə girib.

Evində kassa olmayan aktrisaya ümumilikdə 500 min TL (təxminən 250 min manat) ziyan dəyib. Oğurlanan əşyalar arasında aktrisanın bahalı saatları da olub./publika

Hadisə ilə bağlı cinayət işi açılıb.

İcmal.Az

RƏYLƏR