Məşhur aktyorun MOSSAD agenti olduğu üzə çıxıb

OXUNUB: 138 Özəl DÜNYA
Bir dövrün ən güclü personaj aktyorlarından biri, çox mükafatlı israilli aktyor Xaim (Haim) Topolun MOSSAD-da çalışdığı ortaya çıxdı.

7NEWS.az xəbər verir ki, 1971-ci ildə çəkilmiş "Damdakı skripkaçı" filmi ilə məşhurlaşan israilli aktyor Xaim (Haim) Topol 88 yaşında 2023-cü il martın 8-də İsrailin Təl-Əviv şəhərində vəfat edib.

Topolun ölümündən sonra onun da İsrailin milli kəşfiyyat təşkilatı MOSSAD-da çalışdığı üzə çıxıb. Bildirilib ki, aktyor kinoda qazandığı şöhrətdən MOSSAD-ın gizli əməliyyatları üçün istifadə edib. Chaim Topolun ölümündən sonra "Haaretz"ə danışan ailəsi aktyorun İngiltərənin paytaxtı Londondakı evindən İsraildən göndərilən MOSSAD casuslarını qəbul etmək üçün istifadə etdiyini bildirib.

7NEWS.az

RƏYLƏR