Messinin formasından əldə edilən gəlir zəlzələdən zərər çəkənlərə bağışlanacaq

OXUNUB: 284 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Milli futbolçu Merih Dəmiral Fransa Liqa 1 komandalarından olan Paris Saint-Germain-də çıxış edən argentinalı ulduz Lionel Messinin imzalı formasının hərrac yolu ilə satılacağını və əldə edilən gəlirin zəlzələdən zərərçəkənlərə bağışlanacağını açıqlayıb. Daha əvvəl bir çox dünya şöhrətli futbolçunun formalarını hərrac yolu ilə satan və gəlirini zəlzələdən zərərçəkənlərə bağışlayan milli futbolçu Merih Dəmiral sosial media hesabından Lionel Messinin imzalı formasının da satılacağını açıqlayıb. Hərrac nəticəsində satışdan əldə olunan vəsait yenidən zəlzələ zonasına göndəriləcək. Merih Messi ilə əlaqə saxlayaraq vəziyyəti ona izah edən Hakan Çalhanoğlu və Gianluici Donnarummaya da təşəkkür edib.

7NEWS.az

RƏYLƏR