Millət vəkili: Meşənin içində də kənd təsərrüfatı təyinatlı sahə olar?

OXUNUB: 499 SOSİAL

Bu gün ən çox müzakirə olunan məsələlərdən biri torpaqların təyinatı üzrə istifadə edilib-edilməməsi məsələsidir:

İcmal.Az xəbər verir ki, bunu millət vəkili Tahir Süleymanov Milli Məclisdə (MM) Aqrar siyasət komitəsinin təşkil etdiyi təqdimatda çıxışı zaman deyib.

Millət vəkili hesab edir ki, torpaqlar mütləq istifadə edilməlidir, özü də təyinatına uyğun olaraq. 

"Kimsə bu məsələdə özbaşınalıq edə bilməz. Amma bizim rayonda, biz tərəflərdə qəribə bir halla da rastlaşmışıq. 

Belə ki, meşənin içində kimsə boş sahəyə sahiblənib deyir ki, bura mənimdir. Axı, meşənin içində bu, necə ola bilər? Meşənin içində də kənd təsərrüfatı təyinatlı sahə olar? Hesab edirəm ki, Əmlak Məsələləri Dövlət Komitəsi gələcək fəaliyyətində bu məsələyə də diqqət yetirməlidir”.

İcmal.Az

RƏYLƏR