Milli Məclisin deputatı Albaniyada parlament seçkilərini müşahidə edəcək

OXUNUB: 86 SİYASƏT
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Albaniyada keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün aprelin 20-də ölkənin paytaxtı Tirana şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 7News.Az-a verilən məlumata görə, Milli Məclisin deputatı ATƏT-in xüsusi koordinatoru və qısamüddətli seçki missiyasının rəhbəri qismində aprelin 25-də keçiriləcək parlament seçkilərinə hazırlıq işləri ilə yaxından tanış olacaq, seçki günü məntəqələrə baş çəkərək səsvermənin gedişini və səslərin hesablanması prosesini müşahidə edəcək.

Səfər aprelin 27-də başa çatacaq.

RƏYLƏR