Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında biabırçılıq – “KAĞIZ BİTİB, ANALİZLƏR VERİLMİR”

OXUNUB: 2501 GÜNDƏM Səhiyyə

Mingecevir.org xəbər verir ki, Şəhər Mərkəzi Xəstəxanasının fəaliyyəti iflic olub. Belə ki, özbaşınalıq baş alıb gedən xəstəxanada adi a4 formatlı kağız belə yoxdu. Xüsusi karanti rejimində yüzlərlə insan xəstəxanaya axın edib, onları nə qarşılayan var, nə də normal cavab verən tapılır. Məlumatda qeyd olunur ki, xəstəxananın onsuz da bərbad olan komputer sistemi tamamilə sıradan çıxıb: "Adi analizləri belə götürə bilmirlər, vərəqlər yoxdur, həkimlər gizləniblər. Xəstəxananı illərdir talayan Baş həkim Könül Ələkbərovun başı isə eyş-işrətə qarışıb, yerində tapılmır” – deyə məlumatda qeyd olunur.

RƏYLƏR