Mingəçevirdə bıçaqlanmış şəxs xəstəxanadan qaçdı

OXUNUB: 553 HADİSƏ
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

 
1973-cü il təvəllüdlü şəhər sakini Əliyev Aydın Tapdıq oğlu naməlum şəraitdə bud nahiyəsindən bıçaqlanıb.

Xəstəxanaya yerləşdirilən yaralıya ilkin tibbi yardım göstərilib. O, daha sonra xəstəxananın pəncərəsindən düşərək qaçıb. Buna baxmayaraq, A.Əliyev qohumlarının da yaxından iştirakı ilə tapılaraq yenidən müalicəyə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. /report
 
İcmal.Az

RƏYLƏR