Mingəçevirdə qadın narkotik aludəçisinin hücumuna məruz qalıb.
7News.Az APA-ya istinadən xəbər verir ki, hadisə Üzeyir Hacıbəyov küçəsi 90 ünvanında qeydə alınıb.
İlkin məlumata görə, narkotik istifadəçisi olan şəxs qarşısına çıxan 1984-cü il təvəllüdlü şəhər sakini İsmayılova Elnurə Nazim qızına müxtəlif bədən xəsarətləri yetirib.
Zərərçəkən baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. E.İsmayılovaya zəruri tibbi yardım göstərilib. Hadisənin səbəbləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.