Mingəçevirdə taksi sürücüsü döyüldü

OXUNUB: 432 HADİSƏ

Mingəçevirdə 23 yaşlı taksi sürücüsü döyülüb.

Hadisə şəhərin Babək küçəsində baş verib.

1995-ci il təvəllüdlü şəhər sakini Rəcəb Müzəffər oğlu İbrahimov adları hələ ki, məlum olmayan şəxslər tərəfindən, "beşbarmaqla" döyülərək, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

İlkin məlumata əsasən, hücum edən şəxslərin R. İbrahimova borcu var.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR