Mingəçevirdə yol qəzasında ağır xəsarət alan sürücü dünyasını dəyişib

OXUNUB: 544 HADİSƏ

Mingəçevirdə 5 gün öncə yol qəzasında ağır xəsarət almış sürücü xəstəxanada vəfat edib.

Hadisə yanvarın 27-də şəhərin Samux küçəsində qeydə alınıb.

Yerli sakin İsgəndərov Füzuli Saday oğlu "VAZ-2107” markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib və beton işıq dirəyinə çırpılaraq ağır kəllə-beyin travması alıb.

Yaralı xəstəxanaya yerləşdirilsə də, həkimlərin bütün səylərinə baxmayaraq, fevralın 1-də keçinib./report

 

İcmal.Az

RƏYLƏR