Mingəçevirin "Energetik" komandasında yeni təyinat baş verib

OXUNUB: 1216 İDMAN
Region Liqasının Play Off mərhələsində uğurlu start götürən Mingəçevirin "Energetik" komandasında yeni təyinat baş verib. Klubun prezidenti vəzifəsinə Həmidov Ruslan Vaqif oğlu təyin edilib.

Futbolla yaxından tanış olan 32 yaşlı Həmidov özü də vaxtı ilə "Ulduz", "Energetik", "Ədliyyə" və "Şəmkir" komandalarında top qovub.
Qeyd edək ki, daha öncə bu vəzifəni icra edən Elbrus İsmayılov, bundan sonra yeni prezidentin köməkçisi vəzifəsində çalışacaq.
 
Icmal.Az

RƏYLƏR