Misirdə 4300 illik mumiya tapılıb

OXUNUB: 155 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Misirdə kral məzarlarının yerləşdiyi tarixi Saqqara bölgəsində aparılan arxeoloji tədqiqatlar zamanı Fironlar sülaləsinə aid mumiya, 9 heykəl və bəzi qiymətli əşyalar tapılıb. Qızıl yarpaqla örtülmüş mumiyanın 4300 yaşı var. Zahi Havas heykəllərin əhəng daşından hazırlandığını və üzərində tikmə olmadığı üçün kimə aid olduqlarını müəyyən edə bilmədiklərini bildirib. Havas, tapılan əsərlərin 5-ci Fironlar sülaləsi (e.ə. 2487-2449-cu illər) və 6-cı Fironlar sülaləsinə (e.ə. 2345-1821-ci illər arasında) aid olduğunu bildirib. Mumiya paytaxt Qahirənin cənubundakı Saqqara nekropolunda 15 metrlik sütunun altında aşkar edilib. Ərazidə daha üç məzar tapılıb. Qəbirlər arasında çoxlu sayda saxsı məmulat da daxil olmaqla bir çox başqa əşyalar da tapılmışdır.

RƏYLƏR