Misirdə qayıqda yanğın baş verib: 3 britaniyalı turist itkin DÜŞÜB

OXUNUB: 143 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Misirin Qırmızı dəniz sahilində, Marsa Aləm sahillərində "Hurricane” dalğıc qayığında yanğın baş verib. Qayıqdan 12-si ingilis olmaqla 26 nəfər xilas edilərkən, yanğın nəticəsində 3 britaniyalı turist itkin düşüb. Qayığın sahibi Tornado Dəniz Donanmasının verdiyi açıqlamada yanğın zamanı qayıqda 15 britaniyalı turistin, həmçinin 12 ekipaj üzvü və 2 bələdçinin olduğu bildirilib. Yanğınla bağlı ilk məlumatın yerli vaxtla saat 06:30-da gəldiyini bildirən səlahiyyətlilər, gəminin iyunun 6-da Port Qalibdən ayrıldığını və bu gün Port Qalibə dönəcəyini bildirib. Prokurorluq yanğınla bağlı araşdırma başlatarkən, ilk araşdırmalarda qayığın mühərrik hissəsində qısaqapanma aşkar edildiyi açıqlanıb. Şəxsiyyətləri açıqlanmayan 3 britaniyalı turist üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb. Qayığı kirayə verən Scuba Travel, gəmidəki qrupun yeddi günlük turda olduğunu və şirkətin yerli hakimiyyət orqanları və ekspert məsləhətçiləri ilə işlədiyini söylədi. Şəxsiyyətləri açıqlanmayan 3 britaniyalı turist üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb.

7NEWS.az

RƏYLƏR