Moskva Bakıdakı yeni səfirdən gözləntilərini açıqladı

OXUNUB: 702 SİYASƏT

Rusiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Mixail Boçarnikovun qarşısına iki ölkə arasındakı strateji əməkdaşlığın möhkəmlənməsi və inkişafı ilə bağlı tapşırıq qoyulub. 

İcmal.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat İdarəsinin direktoru Artyom Kojin deyib.

"Yeni səfirimiz çox təcrübəli və hörmətli insandır. Ən müsbət nəticələr gözləyirik”, - Kojin deyib. 

Mayın 29-da Rusiya prezidenti Vladimir Putin Mixail Boçarnikovu Azərbaycana səfir təyin edib.

İcmal.Az

RƏYLƏR