Moskva ətrafında 6 avtomobilin toqquşması ilə nəticələnən yol qəzasında 4 nəfər həyatını itirib.
Bu barədə Rusiya DİN-nin mətbuat xidmətindən məlumat verilib.
"Saat 01:30 radələrində Novaryazanskovo şosesinin 27-ci kilometrliyində "Kamaz" markalı yük maşını 6 avtomobillə toqquşub, 4 nəfər ölüb", - idarədən bildiriblər.
Hadisə yerinə istintaq qrupu cəlb edilib, qəzanın başvermə səbəbləri araşdırılır, avtomoboillərin hərəkətində xeyli çətinliklər yaranıb./report
İcmal.Az