Moskvada azərbaycanlıların çoxluq təşkil etdiyi bazara xüsusi təyinatlı polis dəstələri daxil oldu - VİDEO

OXUNUB: 1424 SOSİAL DÜNYA

Moskvada yerləşən "Fud Siti” bazarına xüsusi təyinatlı polis dəstələri (OMON) daxil olub.

Bu barədə REN TV məlumat yayıb.

Güc strukturları bazarın nəzarət-buraxılış məntəqəsini bağlayıblar. Sözügedən addımın nə ilə əlaqədar olduğu hələlik bəlli deyil.

"Readovka” nəşrinin məlumatına görə, bazar ərazisinə heç kim buraxılmır, içəridə olanlara isə bazarı tərk etməyə icazə verilmir.

Təxminən bir həftə əvvəl miqrantlar bazar ərazisində mitinq təşkil etmişdilər. Onlar özünütəcrid rejimini pozaraq, icarə haqlarının artırılmasına etiraz edirdilər.

Qeyd edək ki, bu bazarda işləyənlərin böyük hissəsini azərbaycanlı miqrantlar təşkil edir.

RƏYLƏR