Moskvada rus qızları abırlı geyim axtarışına çıxıblar…- Fotolar

OXUNUB: 2709 DÜNYA

Rus Pravoslav Köhnə Ənənə Kilsəsinin tərəfdarları pravoslav dükanlarında qız-gəlinlər üçün abırlı qiyafələr tapa bilmədikləri üçün müsəlman mağazalarına üz tutmağa məcbur olublar.

İcmal.Az Moderator24.com-a istinadən xəbər verir ki, bu barədə Moskva Pokrov(Şəfaət) Kilsəsinin keşişi İoan Mirolyubov məlumat verib.

Keşiş evlənməyə qərar vermiş əsilli bir Terek kazakının başına gələni nəql edib. Həmin kazak Moskvanın yarısını gəzsə də, ailə qurmaq istədiyi gəlin üçün heç bir yerdə, o cümlədən pravoslav mağazalarında abırlı bir paltar tapa bilməyib. Nəticədə gənclərin istədiyi qiyafə yalnız müsəlman dükanlarında tapılıb. "Bu, hamımız üçün ayıbdır”, – deyə rus ruhani vurğulayıb.

Keşişin sözləri Moskvanın məşhur Dubrovka Ticarət Kompleksindəki müsəlman qadın geyimlərinin satıcıları tərəfindən də təsdiqlənib. Onlar müştəriləri arasında çoxlu pravoslav rus qadınlar olduğunu bildiriblər.

İcmal.Az

RƏYLƏR