MTN-nin tutduğu şəxs həbsdə ölüb

OXUNUB: 483 HADİSƏ

Bakıda daha bir məhkum ölümü baş verib.

İcmal.Az APA-ya istinadla xəbər verir ki, hadisə Penitensiar Xidmətin Müalicə müəssisəsində qeydə alınıb. 

Orada müalicə alan, 1958-ci il təvəllüdlü Əliyev Fazil İsgəndər oğlu xəstəlikdən ölüb.

Qeyd edək ki, F. Əliyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin 2010-cu ildə keçirdiyi əməliyyat zamanı tutulub. Ondan xeyli miqdarda heroin götürülüb.

İcmal.Az

RƏYLƏR