Muğanbank işçi axtarır

OXUNUB: 207 GÜNDƏM İQTİSADİYYAT SOSİAL
"Muğanbank” ASC Plastik kartlar departamentinin mütəxəssisi və Məlumat mərkəzinin mütəxəssisi vəzifələri üzrə vakasiyalar elan edir.
Vakansiya: Plastik kartlar departamentinin mütəxəssisi
 
 
Maaş
800-1000 manat
Şəhər
Bakı
Yaş
23 – 28
Təhsil
Ali
İş təcrübəsi
3-5 il
Əlaqədar şəxs
 Rəhimova Gülnar
E-mail
Vəzifəyə olan tələblər:
• Plastik Kartlarla bağlı saxtakarlıq və risk monitorinq sisteminin qurulmasını təşkil etmək və aktiv olaraq iştrak etmək;
• Klirinq və hesablaşmaların aparılması;
• Plastik kartlarla əlaqədar əməliyyatları və müxabirləşmələri gündəlik yoxlanılması;
• Plastik kartlar üzrə daxili və kənar təşkilatlar (Visa, Mastercard, Union Pay, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası) üçün hesabatlar hazırlayır və/və ya həmin hesabatların hazırlanmasını təmin edir;
• Plastik kart əməliyyatlarında baş vermiş problemin araşdırılması və həll edilməsi;
• Bank ödəmə sistemi proseslərinin (Visa, Mastercard, Union Pay, Azərikard və BKM) ödəmə şəbəkələri qaydalarına uygun olaraq icra etmək və uyğunsuzluq müəyyən edildiyi təqdirdə aradan qaldırmaq;
• Ödəniş sistemləri və prosessinq mərkəzi ilə (Visa, Mastercard, Union Pay, Azərikard və BKM) layihələrin aparılması;
• Visa, Union Pay və MasterCardın portallarını təqib etmək, çıxan yenilikləri tətbiq etmək;
• POS Terminal müştərisi tələbi əsasında geri qaytarma və ləğv etmə əməliyyatlarını icra etmək;
• Plastik kart ilə aparılmış əməliyyata görə yaranmış problemin (bankomatda vəsaitin qalması, uğursuz retail əməliyyatları və s.),aradan qaldırılması üzrə sorğuların qəbul edilməsi və icra edilməsi.
İş vaxtı – Həftə içi – 09:00-18.00

Namizədə tələblər
• Ali təhsil;
• Analitik düşünmə, iş planlama qabiliyyəti;
• Plastik kartlar sahəsində min. 2 il təcrübə;
• Kart əməliyyatları haqqında biliklərin olması;
• MS Office (xüsusi ilə Excel bacarıqları);
• İngilis və rus dili bilənlərə üstünlük verilir;
• Komanda şəkilində və stres altında işləmə bacarığı.


Vakansiya: Məlumat mərkəzi xidmətinin mütəxəssisi
 
 
Maaş
450-500 manat
Şəhər
Bakı
Yaş
20 – 25
Təhsil
Ali
İş təcrübəsi
1-2 il
Əlaqədar şəxs
 Rəhimova Gülnar
E-mail
 
Vəzifəyə olan tələblər:
·        Müştəri tərəfindən daxil olan müraciətləri qəbul etmək və sualları cavablandırmaq;
·        Bankın ən son yenilikləri və kampaniyaları barədə məlumat vermək;
·        Müştərinin təklif və iradlarını qəbul edərək lazımı strukturlara yönləndirmək;
·        Qarşıya çıxmış problemin operativ həlli məqsədilə, müştərini aidiyyatı struktur və şəxslərlə əlaqələndirmək.
İş vaxtı – Həftə içi – 09:00-18.00

Namizədə tələblər
- Ali təhsil;
- ən azı 1 il iş təcrübəsi (çağrı mərkəzi üzrə iş təcrübəsi olanlara üstünlük verilir);
- Müxtəlif düşüncə və dünyagörüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Dil biliyi: Azərbaycan, Rus dilləri (yüksək səviyyədə), İngilis dili (orta səviyyə);
- Microsoft Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər
- Ünsiyyət qurma bacarığı, işinə məsuliyyətli yanaşma
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
- Kreativ, pozitiv, gülərüz olmaq

RƏYLƏR