"Müasir Azərbaycan Ailə modeli: Dəyərlər və Ənənələr mövzusunda tədbirlərin təşkili" layihəsi çərçivəsində iki günlük təlim yekunlaşıb

OXUNUB: 1200 Özəl QHT SOSİAL
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, "Uğurlu Gələcək” İctimai Birliyinin təşkilatçılığı ilə "Müasir Azərbaycan Ailə modeli: Dəyərlər və Ənənələr mövzusunda tədbirlərin təşkili" layihəsi çərçivəsində iki günlük təlim başa çatıb.

Təlimin ilk günü təlimçi-fasilitator Ulvi Mammadov-Jamalsoy tərəfindən 40-dan çox gənc iştirakçı üçün "Ailə modeli" adlı demostrasiya metodu ilə təlim və ardınca Avropa Şurasının gənclərin iştirakı ilə insan hüquqlarının təhsili üzrə təlimat vəsaiti olan "Kompas" vəsaitindən iştirakçıların ailədaxili zorakılığın müxtəlif formalarının qarşısının alınması və səbəblərinin təhlil edilməsi üçün tematik araşdırmaları müzakirə edəcəyi "Ailədaxili məsələlər" adlı məşğələ həyata keçirilib. Real kazuslar əsasında bu istiqamətdə müxtəlif səpkili mövzular qruplarla iş metodu ilə müzakirə edilib və plenar iclasda refleksiya edilib.

Təlimçi-fasilitator Ülvi Məmmədov tərəfindən keçirilən təlimin məqsədi ailə modelini daha dərinliklə anlamaq və fərqli növərlərinə yaxınlıq qazanmaqdır. Nüvə, böyük və təşkilatlı ailə modellərinin özəllikləri, avantajları və çətinlikləri barədə daha çox bilik əldə etmək təmin edilir. Təlimin digər bir məqsədi isə ailənin mədəni dəyərlər və normalarını öyrənmək və təbliğ etmək üçün bir platforma təqdim etməkdir. Bu ailənin mədəniyyət, inam və əxlaqi tərbiyəsində rolu ilə əlaqədar hər kəsi daha çox mədəni mənada gücləndirəcəkdir. 

Ümumilikdə layihə  cəmiyyətimizin əsas dəyərlərindən olan ailə dəyərlərinin qorunub saxlanılması ailə planlama, ailə qurma, psixoloji durumlar, çətin anlarda insanların psixo-sosiaoloji vəziyyətlərinin araşdırılması və təzyiqlərdən qorunma kimi bir sıra ailə dəyərlərin qorunmasında, saxlanılmasında təhlükə yaradan problemlərin aradan qaldırılması mövzusundadır.

Layihənin tərəfdaşları qismində Quba regional "ASAN Xidmət" mərkəzi və GİKM-in Quba-Xaçmaz regional nümayəndəliyi çıxış edir.
 

 

RƏYLƏR